Ölkə
Zaur Kamaldan “Xəzər TV”yə keçməsi xəbərlərinə reaksiya
ARB kanalında aparıcılıq edən Zaur Kamalın “Xəzər TV”yə transfer olunacağı haqda xəbərlər yayılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı aparıcı açıqlama verib. Aparıcı bildirib ki, Xalq artisti, “Xəzər TV”nin rəhbəri Murad Dadaşovla görüşüb və söhbətləri olub:
“Bu xəbərin mətbuatda yayılmasını görəndə çox təəccübləndim. Yayılmasını istəməzdim, amma necə oldusa, yayıldı. Murad Dadaşovla görüşümüz olub. Yaxın vaxtlarda daha ətraflı açıqlama verəcəyəm”.
Milli.Az