Uncategorized

Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika cəlb edir – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində, Qorunzurda əlavə qüvvə və hərbi texnika toplayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, texniki müşahidə vasitəsilə lentə alınan videoda aydın görünür ki, Ermənistan ordusuna məxsus olan və artilleriya qurğuları daşıyan dörd “KamAZ” markalı hərbi maşın, həmçinin, döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobil komanda heyəti ilə birgə kolon şəklində hərəkət edir.

Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər olan müddətdə də ermənilər tərəfindən analoji hərəkətlər müşahidə olunurdu.

Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. İstisna deyil ki, Ermənistan hakimiyyəti öz beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırlayır.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button