Çox fərəhli bir gündür – İlqar Məmmədov
Çox fərəhli bir gündür ki, belə sevinc hissi ilə öz yurdumuza qayıdırıq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini İlqar Məmmədov deyib.
O qeyd edib ki, ailələri dörd nəfərdən ibarətdir.
“Valideynlərim artıq bir ildən artıqdır ki, Ağalı kəndində yaşayır. Onların yanına gedib-gəlirdim. İndi tam başqa bir hiss yaşayıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin ki, bizə belə bir sevincli günü yaşatdılar”, – deyə o əlavə edib.
Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə – 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
Milli.Az