Ölkə

Hollivud ulduzu bu üsulla 50 kilo arıqladı

Hollivud ulduzu Con Hill ekranlara gombul, yaşından böyük görünən kişi kimi çıxmışdı. Görünüşü istedadına mane olmamış, çoxlu sayda filmlərdə müxtəlif obrazlar yaratmışdı. Lakin bir gün obrazını radikal şəkildə dəyişməyə qərar verdi və hazırda ekranlarda görünən arıq, fit oğlanın Con olduğuna inanmaq çətindir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, artıq 12 ildir fit formasını qorumağı bacaran ulduz aktyor öz  keçmişini məktəbli rasionu adlandırıb. “Zərərli olan hər şeyi yeyirdim. Çipslər, fast food, qazlı içkilər, pivə. Arıqlamaq üçün sərt pəhriz proqramına girdim. Alkoqoldan əl çəkdim, idmana başladım. Yapon mətbəxinə üstünlük verdim. Balıq, həmçinin digər dəniz məhsulları, düyü, meyvə və göyərti qidamın əsas hissəsini təşkil edirdi”, – deyə o, arıqlamaq sirrini jurnalistlərə açıqlayıb.

O, idmana tədricən başladığını, bədənini birdən-birə yükləmədiyini, öncə çoxlu yeridiyini, daha sonra üzgüçülüklə məşğul olduğunu bildirib. 

İndi Con Hill, yeni roluna hazırlaşmaq üçün daha da arıqlayıb. Öz bədəninə qalib gəlməyin yeganə yolu çoxillik vərdişlərdən əl çəkməkdir. Con belə düşünür.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button