Uncategorized

Ermənilər “səlibçilər” adlı terrorçu dəstə düzəldiblər – VİDEO

Ermənistanda ”səlibçilər” adlı terrorçu dəstə şou xarakterli çıxışlara başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, terrorçu dəsətənin komandiri Poqasyan guya Laçın yolunu açacaqları ilə bağlı əsassız iddialarla çıxış edib. O, Laçın yolunun açılmayacağı təqdirdə onu özləri açacağı kimi gülməli fikirlər səsləndirib. Üstəlik silahlanıb döyüşəcəkləri ilə bağlı da sərsəm sözlər deyiblər.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, ümumiyyətlə 21-ci əsrdə bu adda bir qurupun yaradılması islam dininin düşməni olan Ermənsitanda mümkün idi və onlar bunu ediblər. Üstəlik ermənistan hüquq-mühafizə və xüsusi xidmət orqanları buna səssiz qalır.

Ekspertin fikirlərinə görə, bütün hallarda bu iddialar qulağa xoş gəlməsi üçün səslənən fikirlərdir. Bu fəaliyyətlər bir şoudan ibarətdir.

Artıq həmin terrorçu dəstəyə Azərbaycan tərəfi ilk reaksiyasını verib. Onlar müşahidə məqsədilə havaya qalxan drondan canlarını zorla qurtarıblar.

Bütün hallarda azərbaycana qarşı belə mənasız addımlar nəticə verməyəcək. Səlibçi dəstələrinin üzvləri və havadarları Vaqif Xaçaturyanın nümunəsində özlərinə dərs çıxarmalıdırlar.

Hələlik sülh prosesi ərəfəsində Ermənsitan tərəfindən bunun qarşısı qətiyyətlə alınmadığı görülür. Bu isə o demkədir ki, ”Səlibçilər” Ermənsitan tərəfindən dəstəklənən bir fəaliyyətdən ibarətdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button