Ölkə
İstirahətə gedən yeniyetmə çayda boğuldu
Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.
Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Lerikin Piran kəndi ərazisində qeydə alınıb.
Belə ki, istirahət mərkəzlərinin birində 2006-cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.
A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az