Ölkə

Əhalini sevindirəcək xəbər – Bundan sonra…

İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə yeni tibbi xidmətlər əlavə edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva “Xəzər Xəbər”ə bildirib ki, ”xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət daxil edilib.

Onun sözlərinə görə bununla da 3344 xidmət icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək. Onlardan 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Dəyişikliklərdən sonra bir sıra orqanların transplantasiyası əməliyyatları da sığorta pakenində yer alıb

Pərvin Baxşəliyeva qeyd edib ki, ürək qüsurlarının cərrahiyyəsi, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də zərfə əlavə olunub. İki növ əməliyyatla bağlı illik say limi isə aradan qaldırılıb.

Qeyd edək ki, indiyə kimi sözügedən əməliyyatların illik limiti 300 müəyyən edilmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button