İdman

Neymar “Əl-Hilal” futbol klubundan təklif aldı

Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.

Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib.

Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.

Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə – 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button