Ölkə

“Atatürk”ün yayımına qadağa qoyulması haqda ilk dəfə danışdı

Aktyor Aras Bulut İynemli “Disney Plus”ın “Atatürk” serialını yayımlamam qərarı alması haqda ilk dəfə danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Axşam.az xəbər verir ki, ekran işində Atatürk obrazını canlandıran sənətçi “Layihəyə sahib çıxmaq ən böyük borcumdur. Dünyada izlənməsi üçün əlimdən gələni edəcəyəm” sözlərini deyib.

Aras daha sonra “Yaradıcı şirkət bu qərarı aldı. Mənim üçün önəmli olan hekayənin doğru formada tamaşaçıya çatdırılmasıdır. Atatürkün artıq dünyanın ən böyük liderlərindən biri olduğunu izah etməyə ehtiyac var” sözlərini əlavə edib. 

Aktyor ermənilərin etirazı səbəbindən filmin nümayişinə qadağa qoyulması haqda suala isə “Açıqlamam məncə yetərlidir. Başqa məsələlərə toxunmayaq” cavabını verib. 

Qeyd edək ki, bu qərardan sonra çox sayda insan “Disney Plus” abunəliyindən imtina edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button