Ölkə
Selena illər sonra ona böyrəyini verən rəfiqəsi ilə görüşdü
Müğənni Selena Qomez və ona böyrəyini bağışlayan rəfiqəsi Fransia Raisa uzun müddət sonra birlikdə görüntüləniblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, rəfiqələrin bir müddətdir görüşməməsi onların küsülü olması haqda defi-qoduların yayılmasına səbəb olub. Bildirilib ki, Selena böyrəyini ona bağışlayan Fransiyanın nəcib jestini qiymətləndirməyib. Üstəlik, o qədər də məşhur olmayan bir qızı məşhur dostlarına dəyişib.
Söz-söhbətə son qoymaq istəyən Selena rəfiqəsi ilə Los-Ancelesdəki bir restoranda şam yeməyinö yollanıb. Onlar bənzər ayaqqabı ilə diqqət çəkiblər.
Paparatsilər tərəfindən görüntülənən qızlar heç bir sualı cavablandırmadan hadisə yerindən uzaqlaşıblar.
Milli.Az