Ölkə
Qəzaya düşən “Nikosayağı”nın pulqabısı və telefonunu oğurlayıblar
Xəbər verdiyimiz kimi, ötən axşam “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli ağır qəzaya düşüb.
Milli.Az bizim.media-ya istinadən bildriir ki, bloger Ramal İsayev sosial şəbəkə hesabında post paylaşaraq, qəzadan sonra Nicatın pul kisəsinin və mobil telefonlarının oğurlandığını yazıb.
“Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pul qabısını oğurlayıblar”, – deyə Ramal bildirib.
Qeyd edək ki, Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib.
Milli.Az