Siyasət

Aİ missiyasının Ermənistandakı qəribə davranışı

Aİ-nin (Avropa İttifaqı) İrəvandakı missiyası heç bir patrulunun Ermənistanla sərhəddə Azərbaycan tərəfindən guya atəşə məruz qalmaması ilə bağlı əvvəllər yayılmış məlumatı şərh edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Biz təsdiq edirik ki, Aİ missiyasının patrulu bizim məsuliyyət zonamızda baş verən atışma zamanı iştirak edib. Missiyanın heç bir üzvü xəsarət almayıb”, – deyə yeni açıqlamada bildirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının bundan əvvəl yaydığı bəyanatda Aİ Nümayəndəliyi Ermənistanın Azərbaycana qarşı cəfəng ittihamlarını rədd edərək qeyd edib ki, missiya Ermənistan və Azərbaycan sərhədində patrul fəaliyyətini davam etdirir və hərbi hadisələr, o cümlədən məsuliyyət zonasında atışma insidentləri barədə Brüsselə məlumat verilir.

Belə görünür ki, Avropa İttifaqı uzun müddət ermənilərin təzyiqinə tab gətirə bilməyib və bu “irad”ı etməyə məcbur olub. Bu siyasi şou sadəcə olaraq öz fəaliyyətini gündəmdə saxlamaq cəhdidir. Lakin Azərbaycana qarşı aparılan bu böhtan kampaniyası heç bir səmərə vermir və yalnız Azərbaycan tərəfinin regionda sülhün bərqərar olması səylərinə zərbə vurur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button