Uncategorized

Diplomatik korpus üzvləri Ağdam-Xankəndi yolunda olublar – FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrinə avtomobil yolu və Ağdam-Bərdə dəmir yol xətti haqqında məlumat verilib.

Daha sonra qonaqlar Ağdam-Xankəndi yolunda olublar. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi göstərilib.

Bildirilib ki, yollar humanitar məqsədlər üçün açıqdır. Həmin yol Qarabağın Dağlıq və Aran hissəsini birləşdirən yoldur. Lakin təəssüflər olsun ki, ermənilər hələ də bu yolun açılamasına maneələr törədir.

Qeyd edək ki, akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr əvvəlcə Ağdam-Bərdə avtomobil yolunun üzərində inşa olunan Xaçın çay körpüsünün üzərində dayanıb yeni inşa olunan yol ilə tanış oldular.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button