Ermənistanın BMT-də növbəti şousu: iflasa məhkum növbəti oyun
Məlumdur ki, Ermənistan saxta iddiaları ilə BMT-yə müraciət edərək, Qarabağda mövcud vəziyyətin müzakirə edilməsini tələb edir. Əlbəttə, burada Ermənistanın tək hərəkət etdiyini düşünmək sadəlövhlük olardı.
Ermənistanı BMT-yə müraciət etməyə vadar edən onun qəyyumlarıdır. Onların başında Fransa ilə yanaşı, Rusiyanın və ABŞ-nin müəyyən dairələrinin dayandığı istisna edilmir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın himayəçiləri vasitəsilə qeyd olunan məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması nəticə etibarilə iflasa uğrayıb.
“Biz 44 günlük Vətən müharibəsində də, post-müharibə dövründə də belə cəhdlərin şahidi olmuşuq. Lakin bu cəhdlərin hər biri iflasa uğradı”, – deyə E.Mirzəbəyli bildirib.
Geniş videomüsahibəni təqdim edirik:
Milli.Az