Siyasət

Xarici ölkələrin partiyalarıyla bağladığı saziş barədə məlumat verməyən partiyalar cərimələnəcək

Siyasi partiyalar digər ölkələrin siyasi partiyaları ilə saziş bağladıqdan sonra məlumat verməsə, cərimə tətbiq ediləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” qanun ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

Yuxarıda qeyd olunan xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə olunacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button