Ölkə

Rus hərbçilərin Ukraynada tankla üstündən keçdiyi azərbaycanlılar kimdir?

Xəbər verdiyimiz kimi, Ukraynada gedən müharibədə əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirli həlak olublar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “Modern.az”a istinadən bildirir ki, Zərdab rayonu Məmmədqasımlı kəndinin icra nümayəndəsi Mətləb Müzəffərov rusiyalı hərbçilərin Xerson vilayətində Orxan Əzizli və Ramiz Qədirliyə məxsus meyvə dolu yük maşınının üstündən tankla keçdiyini deyib:

“Nəticədə hər iki şəxs həlak olub. Həmyerlilərimiz orada alver məqsədilə yaşayırdı. Döyüşlərdə iştirak etmirdilər. Hazırda hər iki soydaşımızın nəşi yoldadır. Yəqin sabah səhər saatlarında burada olacaqlar. Elə sabah dəfn mərasimi baş tutacaq. Hər ikisi də ailələlidir. Ailələri hazırda pərişan vəziyyətdədir”.

Mətləb Müzəffərov vurğulayıb ki, həm Orxan Əzizli, həm də Ramiz Qədirlinin iki övladı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button