İdman

“Neftçi” Türkiyədə dəstəksiz qalmayacaq

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı cavab oyununda dəstəksiz qalmayacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1000-dən çox azarkeş “ağ-qaralar” üçün stadionda olacaq. Onlar bununla bağlı kluba müraciət ediblər.

Həmin azarkeşlər əsasən İstanbulda yaşayanlar olsalar da, Türkiyənin digər bölgələrindən də bu matç üçün gələnlər var. Məsələn, təkcə Bursada 30-dan çox azərbaycanlı tələbə İstanbula gəlib.

Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi “Beşiktaş Arena”nın tutumu 42590 nəfərdir. Bunun təxminən 2000 nəfəri qonaq komandanın payına düşür.

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə “Neftçi” 1:3 hesabı ilə məğlub olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button