Ölkə

Bakıda piyada səkisinin parkinqə çevrilməsinin qarşısı alındı

Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, yeni yaşayış binasının qarşısında piyada səkisinin parkinqə çevrildiyi deyilirdi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda aparılan işlər nəzarətə götürülüb.

“Bununla bağlı şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilmiş və Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsində aparılan işlərlə hazırkı layihə sənədləri arasında uyğunsuzluqlar aşkarlanıb. Nəticə olaraq bu uyğunsuzluqlar aradan qaldırılana qədər işlərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib”, – deyə məlumatda qeyd olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button