Ölkə
Türkiyənin ən çox baxılan serialı finala gedir
Türkiyənin məşhur kanallarından biri olan “Kanal D” də yayımlanan “Veda Mektubu” final qərarı alıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Nurgül Yeşilçay, Rabia Soytürk, Bennu Yıldırımlar, Emre Kıvılcım və Selim Bayraktarın baş rol aldığı “Veda Mektubu” serialının 20-ci bölümdə finala çıxacağı gözlənilsə də, sonradan bölüm sayı artırılıb. Onun 24-cü seriyaya qədər uzadılması qərara alınıb. Hər şey yaxşı olarsa, serial daha çox baxış toplayarsa, epizodların sayının 26-cı seriyaya qədər uzadılması ehtimalı var.
Qeyd edək ki, “Veda Mektubu” serialının uzadılmasına səbəb son zamanlarda reytinqlərin daha çox artması olub.
Milli.Az