Ölkə

17 nəfər şaurmadan ZƏHƏRLƏNDİ

Rusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.

Belə ki, 17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.

Qurum mütəxəssisləri nümunələr götürmək və əlavə laboratoriya müayinələri aparmaq üçün iaşə obyektlərinə gediblər.

Zəhərlənmə faktları ilə bağlı Vladimir vilayətinin prokurorluğu digər iaşə obyektlərində də yoxlamalar təşkil edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button