Ölkə

Xalq artistinin həyat yoldaşının konserti ləğv edildi

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun Praqadakı konserti siyasi səbəblərə görə ləğv edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az OLAY-a istinadən yazır ki, konsert agentliyi təşkilatçıların oktyabrın 16-na planlaşdırılan çıxışı ləğv etmək barədə qərarla razılaşmadıqları, lakin Praqa siyasi dairələrinin müğənniyə qarşı mənfi münasibəti fonunda bunu zəruri hesab ediklərini bildirib. 

Konsert üçün bütün biletlər satılıb. Agentlik qeyd edib ki, pul tam həcmdə Netrebkonun pərəstişkarlarına qaytarılacaq.

Xatırladaq ki, 2022-2023-cü illərdə opera müğənnisinin Ştutqart, Nyu-York və Frankfurtda konsertləri ləğv edilib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button