Uncategorized

Qusarda kütləvi zəhərlənmə hansı hoteldə baş verib? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, avqustun 17-də Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən birində 5 nəfər zəhərlənib. Hadisənin Qusar rayonunun Caqar kəndində, “De lux Park Qusar” istirahət mərkəzinin ərazisində baş verdiyinə dair məlumatlar yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı istirahət mərkəzinin rəsmisi Ruslan Əsgərov Trend-ə bildirib ki, zəhərlənmə hadisəsinin adı hallanan istirahət mərkəzi ilə əlaqəsi yoxdur.

Onun sözlərinə görə, məlum hadisə digər istirahət zonasında baş verib. O, zərərçəkənlərin belə bu hadisənin başqa istirahət mərkəzində baş verdiyini təsdiqləyə biləcəyini qeyd edib.

Qeyd edək ki, hotel rəsmisi zəhərlənmə hadisəsinin baş verdiyi istirahət mərkəzinin adını açıqlamayıb.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.

Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button