Ölkə
Ucarda 42 yaşlı qadın boğularaq öldürülüb, oğlu saxlanılıb
Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Oğlu şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Faiq Qurbanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Milli.Az