Ölkə

Kəlbəcər əvvəlki əzəmətini geri qaytarır…

İşğaldan azad olunun digər rayonlarımız kimi Kəlbəcər də əvvəlki əzəmətini geri qaytarır. Şəhərdə müasir infrastrukturun qurulması birbaşa ölkə rəhbərinin diqqət mərkəzindədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Aqil Məmmədov deyir ki, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə prezidentin ehtiyat fondundan 80 milyon manat vəsaitin ayrılması, dövlət başçısı İlham Əliyevin işğal dövründə yerlə yeksan edilən ərazilərdə quruculuq işlərinə böyük  önəm verdiyini göstərir.

Millət vəkili qeyd edib ki, Ölkə rəhbərinin Kəlbəcərə bir neçə dəfə səfər etməsi, görülən işlərlə yerində maraqlanması böyük əhəmiyyət daşıyır.

Aqil Məmmədovun sözlərinə görə, yeni sərəncam həm də kəlbəcərli sakinlərin öz doğma yurdlarına qayıdışını bir qədər də tezləşdirəcək.

Millət vəkili əlavə edib ki, Kəlbəcərdə turizm sahəsində də yeni layihələrin icrası həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button