İdman

“Zirə” ardıcıl üçüncü oyununda qələbə qazanıb

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, günün ikinci matçında “Səbail” “Zirə”ni qəbul edib.

“ASCO Arena”dakı oyun qonaqların qələbəsi ilə bitib – 2:1.

“Qartallar”ın heyətində Salifu Suma 16-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Yadin Luqasi 31-ci dəqiqədə bərabərlik qoluna imza atıb. 82-ci dəqiqədə Felipe Paxtman qələbə qolunun müəllifi olub.

Çempionatda hər üç matçda qələbə qazanan “Zirə” xallarının sayını 9-a çatdırıb və liderliyini davam etdirir. “Dənizçilər” 1 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəlib – 2:1. Turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib. III turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları avqustun 20-də olacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button