İdman

Bakıda şahmat üzrə Dünya Kuboku: yarımfinal və finalın ikinci partiyasının nəticələri

Avqustun 20-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda kişilər bölməsində yarımfinalın ikinci partiyaları, qadınlar arasında final və üçüncü yer uğrunda görüşlər başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kişilər bölməsində yarımfinalın ikinci partiyasında rəqibi Maqnus Karlsenlə (Norveç) heç-heçə edib. N.Abasov ilk partiyada məğlub olub. Maqnus Karlsen – Nicat Abasov matçının ümumi hesabı 1,5-0,5 norveçli şahmatçının xeyrinədir.

İndi Nicat Abasovun Bakıda ilk oyunu avqustun 22-də baş tutacaq şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda mübarizə aparacaq.

Kişilər arasında dünya çempionatının yarımfinal mərhələsinin ikinci partiyasının nəticələri:

Nicat Abasov (Azərbaycan) – Maqnus Karlsen (Norveç) – 0,5-0,5 (iki partiyanın ümumi hesabı 0,5-1,5);

Rameşbabu Praqnanandha (Hindistan) – Fabiano Karuana (ABŞ) – 0,5-0,5 (iki partiyanın ümumi hesabı 1-1).

Qadınlar arasında dünya çempionatının final mərhələsinin ikinci oyununun nəticələri:

Nurgül Səlimova (Bolqarıstan) – Aleksandra Qoryaçkina (FİDE) -0,5-0,5 (iki partiyanın ümumi hesabı 1-1).

Qadınlar arasında üçüncü yer uğrunda matçın ikinci partiyasının nəticələri:

Tan Çjunyi (Çin) – Anna Muzıçuk (Ukrayna) 0,5-0,5 (iki partiyanın ümumi hesabı 0,5-1,5).

İki klassik partiyanın nəticəsinə əsasən, rəqibləri ilə heç-heçə edən dünya çempionatının iştirakçıları avqustun 21-də tay-brekdə qarşılaşacaqlar.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakıda keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button