Ölkə

Füzuliyə köçmək ürəyimdə böyük fərəh hissi oyadır

Füzuliyə insanların köçürülməsi ürəyimizdə böyük fərəh hissi oyadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında Füzuli şəhər sakini Gülgəz Məmmədova deyib.

Onun sözlərinə görə, Füzulini bütün sakinləri kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur.

“Allaha min şükürlər olsun ki, bu gün Füzuliyə qayıdırıq. Doğma şəhərimizə qayıdacağımıza ümidimizi heç zaman itirməmişdik. Torpağımıza qayıtmaq mənə yuxu kimi gəlir. Bu anları yaşamaq, hiss etmək, dillə təsəvvür etmək mümkün deyil”,- deyə o qeyd edib.

Qeyd edək ki, bu gün daha 68 nəfərdən ibarət 24 ailə Füzuliyə dönüb. Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button