İdman
“Qarabağ” yeni transferini açıqladı
“Qarabağ” yeni transferini açıqlayıb.
Milli.Az xəbər klubun rəsmi sosial şəbəkə hesabına istinadən verir ki, Ağdam klubu Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan Mateus Silvanı transfer edib.
Uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Milli.Az