Ölkə

Xalq artistinin arvadı “Tanqo”nu öyrənmək üçün bu addımı atdı – VİDEO

Xəbər verdiyimiz kimi, həm ziyarət, həm ticarət üçün Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera və vokal ifaçısı Anna Netrebko ilə Cənubi Amerikaya, Arqentinaya yollanıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki,  sənətçi paytaxt Buenos-Ayresi gəzib-dolaşandan sonra “tanqo” rəqsini öyrənməyə cəhd göstərib.

Bunun üçün Anna rəfiqələri ilə birlikdə ilk olaraq ayaqqabı mağazasına yollanıb. 100-dən çox müxtəlif rənglərdə və biçimlərdə dikdaban ayaqqabıları ayağına geyinən Netrebko həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Opera divası paylaşımına “Tanqo”nu kifayət qədər gördükdən sonra biz qəti şəkildə öyrənməyə qərar verdik.

Təəssüf ki, tez başa düşdük ki, ayaqlarınızla “simit” kimi yumruvarı şəkildə bükmək o qədər də asan deyil. Və ümumiyyətlə, bu musiqini belə hiss etmək üçün argentinalı olmalısan! Ancaq biz imtina etməyəcəyik. Bunun üçün isə çoxsayda ayaqqabı aldıq. Bu isə ən vacib məsələdir” sözlərini yazıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button