Ölkə
24 ailə Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşıb
Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç – 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində – Füzulidə yaşamağa başlayacaq.
Evlərin açarları sakinlərə təqdim olunub.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.
Milli.Az