Ölkə

İcra Hakimiyyəti şəhidin adına olan lövhəni yol kənarından götürdü…

Şəhid İntizam Alıyevin adına olan küçədə ünvan bildirən lövhə sökülüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, lövhə uzun illərdir ki, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində Yanıqpəyə kəndinin girişində quraşdırılmışdı. Yolun yenidən inşası zamanı sökülən lövhə hələ də yerinə qoyulmayıb

Şəhidin qızı iddia edir ki, dəfələrlə Rayon İcra Hakimiyyətindən lövhənin yenidən quraşdırılması ilə bağlı vəd verilsə də, hələ ki bu istiqamətdə addım atılmayıb.

Şəhidin adını daşıyan başqa bir lövhə isə kəndin içərisində yerləşir. İntizam Alıyevin qızı iddia edir ki, o lövhə də düzgün quraşdırlmayıb, çünki istiqamətverici nişan meyvə bağını göstərir.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirildi ki, şəhid qızının müraciətindən xəbərdardırlar. Lakin, sözügedən lövhənin təkrar yerinə qoyulması yol hərəkəti haqqında qanunun müvafiq tələblərinə ziddir.

Yol hərəkət qaydaları üzrə ekspert Ərşad Hüseynov isə ”Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilikdə hər hansı qadağanedici maddə mövcud deyil. Ailənin tələbi yeganə təsəlli mənbəyi olan məlumatverici lövhənin təkrar yerinə quraşdırılmasıdır.

Qeyd edək ki, İntizam Alıyev 1994-cü ildə Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində adsız yüksəklikərdə düşmən təxribatının qarşısını alarkən şəhadətə ucalıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button