Siyasət

İrəvan və Bakıda keçiriləcək məsləhətləşmələrin tarixi dönüşlə nəticələnəcəyinə ümid edirik

Bakı ilə İrəvan arasında sülh prosesi çərçivəsində yeni məsləhətləşmələrin tarixi dönüşlə nəticələnəcəyinə ümid edirik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu hazırda Ermənistanda səfərdə olan Belçikanın xarici işlər naziri Hadja Lahbib erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Belçikalı nazir bildirib ki, Ermənistanla Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq barədə razılaşması müsbət haldır.

“Son danışıqlar göstərdi ki, sülh sazişinin imzalanması yaxındır. Məsləhətləşmələr əvvəlcə Brüsseldə, daha sonra isə İrəvanda və Bakıda keçirilməlidir. Ümid edirik bu, bu görüşlər tarixi dönüşlə nəticələnəcək”, – deyə belçikalı nazir bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Lahbibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini, xarici işlər naziri Ceyhun Bayramovla görüşünün keçiriləcəyini bildirib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button