Ölkə

Binəqədi rayonunda bu ərazidə “hər yer zibillikdir”…

Ərazi zibilliklərlə dolub daşır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, görüntülər “Xəzər Xəbər”in qaynar xəttinə göndərilib.

Söhbət Binəqədi Rayonu Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllədən gedir. Ərazidə antisanitar vəziyyət hökm sürür.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, ərazi on ildir bu vəziyyətdədir.

Sakinlər bildirir ki, dəfələrlə Binəqədi rayon icra hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb. Xüsusən yay aylarında üst-üstə yığılan tullantıların qoxusu aləmi bürüyür. Ərazi məişət tullantıları ilə yanaşı, illərdir yarımçıq qalan tikilinin tullantıları ilə də zəbt edilib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda məişət tullantıları ərazidən təmizlənəcək.

Həmçinin ərazidə mövcud olan inşaat materialları tullantılarının ərazidən yığışdırılıb daşınması üçün müvafiq tədbirlərin görülməsi məqsədilə sahibkara müraciət ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button