İdman

“Rakuv” öz meydanında məğlub olub

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, ilk gündə üç oyun keçirilib. Azərbaycan çempionu “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Polşa “Rakuv”u qrupa vəsiqə yolunda ilk görüşünü öz meydanında keçirib. Adıçəkilən komanda Danimarka “Kopenhagen”inə 0:1 hesabı ilə məğlub olub.

Yunanıstanın AEK komandası Belçika səfərində “Antverpen”ə minimal fərqlə uduzubsa, Şotlandiya “Reyncers”i ilə Niderland PSV-si arasındakı qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Bu komandalar arasında cavab qarşılaşmaları avqustun 30-da olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

22 avqust

23:00. “Antverpen” (Belçika) – AEK (Yunanıstan) – 1:0


Qol: Vinsen Yanssen, 16

23:00. “Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1

Qol: Boqdan Rakovitan, 9 (avtoqol)

23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland) – 2:2

Qollar: Abdallah Sima, 45, Rabbi Matondo, 78 – İbrahim Sanqare, 61, Luk de Yonq, 80

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 matçı avqustun 23-də gerçəkləşəcək.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button