İqtisadiyyat

Azərbaycan və Özbəkistan birgə fındıq yetişdirilməsinə dair memorandum imzalayıb

Azərbaycanın “Agrarco” MMC şirkəti ilə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi arasında birgə fındıq yetişdirilməsinə dair memorandum imzalanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya dövlət səfəri çərçivəsində Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov “Agrarco” şirkətinin direktoru Cavid Kazımovla görüşüb.

Görüşün məqsədi fındıq yetişdirilməsi, emalı və bütünlükdə bağçılığın inkişafı üzrə təcrübə ilə tanışlıqdan ibarət olub.

Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tərəflər, həmçinin, kənd təsərrüfatı sahəsində Özbəkistan-Azərbaycan əlaqələrinin təşviqi və inkişafına dair məsələləri müzakirə ediblər.

Bununla yanaşı, görüş çərçivəsində təcrübə mübadiləsi və fındıq yetişdirilməsi üzrə təlim almaları üçün Azərbaycana mütəxəssis göndərilməsi ilə bağlı perspektivlər nəzərdən keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dünya bazarına 106,3 milyon ABŞ dolları dəyərində fındıq çıxarıb ki, bu da 2021-ci ilin göstəricisndən 2,5 milyon dollar və ya 2,3 faiz azdır.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button