Uncategorized
Priqojin Rusiyadakı təyyarə qəzasında öldü?
Rusiya Aviasiya Xidmətinin məlumatına görə, bu gün Tver əyalətində qəzaya uğrayan binzes təyyarədə Yevgeni Priqojin də olub.
Milli.az xəbər verir ki, Embraer 600 tipli təyyarədə 10 nəfər olur, onların hamısı həlak olub.
Hadisə şahidlərinin dediyinə görə, təyyarə qəzaya uğramazdan saniyələr əvvəl iki partlayış səsi eşidilib.
Sərnişinlər arasında Priqojinin müavini Dmitri Utkin də olub. Qeyd edək ki, bir müddət əvvəl Priqojin Kremlə üsyan elan edəndə, Moskvaya gedən “Wagner” kolonuna Dmitri Utkin rəhbərlik edirdi.
“Wagner”ə yaxın “Gray Zone” adlı kanal iddia edir ki, biznes təyyarə HHM sistemləri tərəfindən vurulub.
Milli.Az