Ölkə

“WhatsApp” və digər tətbiqlərdə hesablar ələ keçirilir

Son zamanlar kütləvi şəkildə “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən qeyd olunan məsələ ilə əlaqədar aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır.

Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür”, – deyə məlumatda bildirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button