İdman

Messinin cangüdəni fenomen oldu: Lazım olanda meydana da girir

Bu yay Fransanın PSJ klubundan ABŞ-nin “İnter Mayami”sinə keçən Lionel Messi cangüdənin müşayiəti ilə gəzməyə başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Məlumata görə, Mayamidə futbolçuya diqqətin çox olması onu cangüdənlə gəzməyə vadar edib.

Maraqlıdır ki, cangüdən işi ilə bağlı ifrata varıb. O, Messini hətta meydanda da tək buraxmır. Cangüdən məşqçi kimi meydançanın kənarında argentinalı ulduza yaxın yerlərdə hərəkət edir, lazım gəldikdə meydana çıxıb qazonda Lioneli müşayiət etməyə başlayır.

Qeyd edək ki, Messi “İnter Mayami” karyerasına uğurlu start verib. Forvard ABŞ klubunda səkkiz matçda 10 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin, MLS (“Major League Soccer”) və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun qalibi olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button