Uncategorized
Zəngəzur dəhlizinin rolu Hadca Labibin diqqətinə çatdırıldı – Nazir
Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən, yeni vəziyyətin yaratdığı imkan və belə olan təqdirdə Zəngəzur dəhlizinin də Şərq-Qərb Orta Dəhlizin yeni qolu kimi istifadəsinin rolu xanım nazirin diqqətinə çatdırıldı.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labiblə birgə keçirilən mətbuat brifinqində deyib.
Qeyd edək ki, Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 22-də Ermənistana, bu gün isə Azərbaycana səfər edib.
Milli.Az