İdman

Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazanıb

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mundialda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.

Qeyd edək ki, bu, Paris Olimpiadasına gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button