İdman

Azərbaycan boksçularından Rusiyada 7 medal

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında boksçuların mübarizəsinə yekun vurulub. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Federasiyadan Milli.Az-a verilən məlumata görə, Azərbaycan milli komandası yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. 

Bu gün baş tutan finalda Nicat Hüseynov (54 kq) rusiyalı Roman Osipovla döyüşüb. O, rəqibini məğlub edərək çempion tituluna yiyələnib. 

Marjona Savriyeva (50 kq), Tural Sarıyev (51 kq) və Fərhad Şeydayev (75 kq) həlledici görüşdə məğlub olduqlarından gümüş medal qazanıblar. 

Beləliklə, yığma Beynəlxalq Universitet İdman Festivalını 7 medalla bitirib. Daha öncə Mehparə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq) və Şəmsi Şahbazov (71 kq) bürünc mükafata sahib olub.

Qeyd edək ki, avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button