Uncategorized

Ömər aşırımında ağır qəza – Türkiyə vətəndaşları həlak oldu – YENİLƏNİB

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Report”un xəbərinə görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları – 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

——-

07:55

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Milli.Az report-a istinadən xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin “Ömər aşırımı” nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button