Uncategorized

Fransa və Ermənistanın gizli BMT “əməliyyatı”: Makron bu dəfə nə istəyir?

Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizli şəkildə qapalı iclas keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İki gün əvvəl Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında adəti üzrə dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir keçirib.

Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın Daimi Nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə olaraq nəyin bahasına olursa-olsun açıq, ədalətli müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə qoyaraq qapalı iclas təşkil edib.

BMT qaydalarına görə, bu beynəlxalq strukturda hər hasnı dövlət müzakirəldər, dinləmələr və ya debatlar təşkil edəndə mütləq şəkildə həmin regiondakı ölkələrin nümayəndələri dəvət olunur, dəvətlər paylanır.

Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın təlimatına əsasən qapalı və gizli şəkildə keçirilmiş müzakirələrə Cənubi Qafqaz bölgəsinin təmsil edən Azərbaycanla Gürcüstan təvət almayıblar.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin olayla bağlı yaydığı rəsmi açıqlamasında deyilir: “Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir.

Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın Daimi Nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır”.

BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir.

Görünür, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur.

Erməni diplomatların davranışı və xüsusilə də bağlı qapılar arxasında müzakirələr təşkil edərək həmin “debat”lara qatılmaq istəyən digər, “xüsusi dəvət” almamış ölkələrin, o cümlədən Azərbaycan və Gürcüstanın diplomatlarını “qaydaları pozacaqları təqdirdə” polislə belə, hədələnmələri BMT üçün rəzalət, biabırçılıq və rüsvayçılıqdır.

Bəhs etdiyimiz olay BMT-nin Nizamnaməsinə, bu beynəlxalq təşkilatın məramlarına və prinsiplərinə tam zidd hadisə olmaqla yanaşı, Ermənistan diplomatiyasının aqressivliyi ilə yanaşı, zavallı və miskin durumda olduğunu nümayiş etdirir.

BMT Katibliyi qapalı iclasın olduğu konfrans zalının məlumat ekranında həmin tədbirinin bilavasitə Ermənistanın təşkilatçılığı ilə keçirildiyi, iclasın məsuliyyətinin də rəsmi İrəvanın daşıdığı vurğulanmışdı.

Xüsusi əlavə qeyddə isə iclasın BMT Katibliyi tərəfindən rəsmi olaraq təsdiqlənmədiyi, “Ermənistanın təşəbbüsü” olduğu bəyan edilib.

BMT rəhbərliyi sözügedən iclasın “Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olmasına yönəlmiş çoxtərəfli prosesin tərkib hissəsi olmadığını” da qeyd edib.

Amma bununla iş bitmir: Azərbaycanla Ermənistan arasınqda münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəyə ümumiyyətlə, yol verilməməli idi.

Bütün bunlarla yanaşı, Ermənistanın BMT-dəki demarşlarının və marazmatik hərəkətlərinin rəsmi İrəvanın təhəbbüsü, yaxud “diplomatik yaradıcılığı” olması ilə balı ciddi şübhələr var. Çünki BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında faktiki siyasi məğlubiyyətə düçar olan Fransa planlarını təxirə salmaq və ya ləğv etmək niyyətində deyil.

Tam əksinə – rəsmi Paris ermənilərdən faydalanaraq Cənubi Qafqazda geosiyasi təsir rıçaqlarına yiyələnmək üçün bir qədər də fəallaşmaqdadır.

Fransanın ən nüfuzlu qəzetlərindən olan Le Figaro-nun baş redaktor müavini, aşkar ermənipərəstliyi və Azərbaycana antipatiyası ilə tarnınan Jan-Kristof Büisson bildirib ki, rəsmi Paris BMT Təhlükəsizlik Şurasına müraciət edərək “Qarabağdakı 120 min erməniyə təcili və fövqalədə yardımlarla bağlı” iclas keçirilməsini, müvafiq qətnamə qəbul olunmasını tələb etməyə hazırlaşır.

Bundan başqa, Parisdə rəsmi qurumlarla yerli erməni diasporu qarabağlı ermənilər üçün humanitar yüklü maşın karvanı hazırlayırlar.

Fransa prezidenti Emmanuel Makronun yeni planının da uğursuzluğa duçar olacağı aydındır, çünki rəsmi Parisin təlimatı ilə Ermənistanın BMT TŞ-ə müraciətindən sonra keçirilmiş iclasda, məlum, Azərbaycana qarşı yönəlmiş qətnamə və ya sənəd qəbul edilmədi.

BMT TŞ-də yeni iclas keçirilərək müzakirələr aparılarsa, hətta Makronun niyyəti baş tutarsa və qətnamə qəbul edilərsə, rəsmi Bakının mövqelərində zərrə qədər dəyişiklik olan deyil.

Parisin ssenarisi və ermənilərin şəmişəki kimi, statist rolunda fəal iştirakı ilə keçiriləcək iclasda qətnamənin qəbul olunması mümkün sonuclar arasında ən mənfisidir. Lakin həmin sonuc olsa da, Azərbaycan adekvat addımlar atacaq.

BMT T Ş 1993-cü ildə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması ilə bağtıl 4 (!) qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin sənədlərin heç birini icra etmədi. Ermənistan tam 30 il BMT-nin qətnamələrini qulaqardına vurdu, kollektiv Qərb də heç nə baş verməyibmiş kimi davrandı.

Belədirsə, Azərbaycana da BMT TŞ-də Fransanın təkidi və Ermənistanın baş rolda oynaması şərtilə qəbul ediləcək hansısa sənədi rədd etməyə nə və ya kim mane ola bilər ki…

Parisdə qarabağlı ermənilərə yardım məqsədilə humanitar yüklü maşın karvanının hazırlanmasına gəldikdə isə, bu, ümumiyyətlə, siyasi məzhəkədir.

Ermənistanın Xankəndinə yollamaq istədiyi 21 ağırtonnajlı yük maşınını hələ də Həkərii çayının qarşı tərəfində, “Laçın” sərhəd postu ilə üzbəüz qaldığını, gözləntinin artıq həftələrlə davam etdiyini nəzərə alsaq, Fransadan yolda çıxacaq maşınlar da orada dayana bilər.

Fransa prezidenti Emmanuel Makron həmin əraziyə istədiyi sayda, markada və tonnajda yük maşınlarını Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinə yollaya bilər.

Nə də olmasa, orada durmuş 21 erməni TIR-ının sürücüləri darıxmazlar, bəlkə fransız dilini də öyrənə bilərlər.

Azərbaycanın icazəsi olmadan Ermənistan ərazisindən ölkəmizə nəinki ağırtonnajlı yük mahını, hətta oyuncaq avtomobil belə, daxil ola bilməz.

Emmanuel Makron istədiyi qədər ssenarilər hazırlaya bilər BMT-də qapalı və gizli iclaslar keçirilə bilər, fransız siyasətçilər ermənilərlə birlikdə dezinformasiya və propaqandanı ifrat həttə çatdıra bilərlər.

Heç nə dəyihməyəcək – Azərbaycan “qarabağlı ermənilərin humanitar fəlakəti” adı ilə bəsit məzmunlu şounu siyasiləşdirənlərə görə suverenlik, ərazi bütövlüyü prinsiplərindən geri çəkilən deyil.

Elçin Alıoğlu
TREND

 

Elçin Alıoğlu

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button