Ölkə

Polis Tolikə qarşı dələduzluq edən şəxsi saxladı

Aparıcı Tarix Əliyev (Tolik) ona qarşı dələduzluq edən şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tolik onu aldadaraq pulunu alan qrafistdən məbləği geri qaytardığını deyib:

“DİN-nin bütün əməkdaşlarına təşəkkür edirəm. Şikayətim böyük məsələ olmasa da, tez bir zamanda reaskiya verildi. Mənə qarşı dələduzluq edən, pulumu alıb, işini təhvil verməyən “qrafist” tapıldı. Həm mənə qaytarmadığı məbləğ, həm də qanun qarşısında izahatı alındı. Bəzən sosial şəbəkədə düşünürlər ki, kimisə aldatsalar məsələ elə belə də qalacaq. Amma DİN bu halların qarşısını alır”.

Qeyd edək ki, Tolik daha əvvəl “Bir qrafist 150 manat alıb məndən, qaytarmır. Hamıya da pul borcu var. Mənim pulumu yeyə bilməz, boğazında qalar. Onu mənimlə tanış edənləri də siləcəyəm ki, ətrafları da fırıldaqçılardır” sözlərini söyləyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button