Ölkə

Oğuzda ölümlə nəticələnən QƏZA: Cinayət işi açıldı

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button