Ölkə

Zarafata görə pərəstişkarını polisə verdi

Reper Nikki Minaj onunla bağlı yalan xəbərlər yayan şəxsi polisə şikayət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi onunl və ailəsi ilə uğursuz zarafat edən şəxsdən şikayətçi olub. 

Bir neçə ay əvvəl anonim bir şəxs Los-Anceles polisinə zəng edərək Nikinin öz oğlunu təhqir etməsindən şikayət edib. Hüquq-mühafizə orqanları Minajı ziyarət edərkən, şübhəli heç nə tapmayıblar. Ardınca daha bir şikayət gəlib. Bu dəfə məşhurun ​​evində yanğın baş verdiyi iddia olunub. Bu dəfə də xəbərin yalan olduğu təsdiqlənib.

Bunun ardından Niki işləri öz öhdəsinə götürərək, həmin şəxsin tapılması üçün lazımi orqanlara müraciət edib. Həmin şəxsin Stefani Bell adlı bir qız olduğu ortaya çıxıb. 

Nikki Minaj sosial şəbəkə hesablarında hadisənin günahkarını tapmaqda göstərdiyi köməyə görə polisə təşəkkürünü bildirib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button