Ölkə

Azərbaycanda qadın özünü Kürə atmaq istədi

Zərdab rayonunda özünü Kür çayına atmağa cəhd edən ana və övladının vəziyyəti yaxşıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Komitənin məlumatında o da qeyd edilib ki, aidiyyəti qurumların və ailənin açıqlamasına əsasən, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, özünü çaya atmaq istəyən xanım həyat yoldaşının onunla maraqlanmadığını, ailəsinə qarşı laqeyd münasibət bəslədiyni bildirib və intihara cəhd etmək istəyib.

Ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb.

Ailə komitə tərəfindən də nəzarətə götürülüb, bütün zəruri tədbirlər görülməkdədir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button