Ölkə

Dolu necə yaranır?

Dolu yağması necə baş verir?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadla xəbər verir ki, dolu ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısıdır. Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 mm, bəzən daha böyük ölçüdə ola bilir. Ölçüləri 130 mm-dən 1 kq-a qədər olan dolu dənələrinə də rast gəlmək mümkündür. Dolu dənələri 1 mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından ibarətdir. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çəkir. Əsasən yağma müddəti 5-10 dəqiqə, bəzi hallarda isə 1 saata qədər çata bilər.

Dolu dənələri həddən artıq soyumuş buludda təsadüfi olaraq donan ayrı-ayrı damcıların yaranması nəticəsində meydana gəlir. Sonradan bu damcılar onlarla toqquşan digər donmuş dənələr hesabına iri ölçülər almağa başlayır. Dolu yağmuru geniş ölçüdə əkinçilik sahələrinə, binalara və nəqliyyat vasitələrinə zərər verir. Dolu xüsusən kənd təsərrüfatına ciddi ziyan vurur. Dolu hadisəsi hər yerdə və hər mövsümdə, xüsusilə yaz və yay mövsümlərində müşahidə olunur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button