Ölkə

Bakı küçələrində satılan Maraş dondurmaları təhlükəlidir?

Yay aylarının imtinaedilməzi olan dondurmaları sevməyən olmaz. Xüsusilə də Maraş dondurmaları. Onların xüsusi qaydada satılması alıcıları daha çox cəlb edir. Bəs açıq halda yol qıraqlarında satılan bu dondurmalar nə qədər təhlükəsizdir?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu növ dondurmalar ölkəyə yoxlanılıb buraxılır, sertifikatla təmin edildikdən sonra satışına icazə verilir. Satıcılar isə deyirlər ki, tərkibində istifadə olunan indriqentlər Türkiyənin Kahramanmaraş bölgəsindən gəlsə də, bu dondurmalar Azərbaycanda istehsal olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.35-ci bəndinə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda dondurmaların satışına icazə verilir. Bundan əlavə, həmin qaydaların 20-ci bəndinə uyğun olaraq səyyar ticarət üçün digər tələblərlə yanaşı, sahibkarlar tərəfindən sanitariya normalarına əməl olunması tələbi də müəyyənləşdirilmişdir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button