Ölkə

Rusiyada qətllə nəticələnən KÜTLƏVİ DAVA: 4 azərbaycanlı saxlanıldı

Krasnoyarsk diyarında Şaripovo şəhərinin sakinləri ilə davadan sonra 4 azərbaycanlı saxlanılıb, nəticədə bir nəfər ölüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir.

İstintaqın məlumatına görə, avqustun 26-da səhər saat 5 radələrində Şaripovo şəhərinin 6-cı mikrorayonunun küçəsində sərxoş vəziyyətdə olan üç azərbaycanlı qıza təcavüz edib, ər-arvad və onların tanışı onun müdafiəsinə qalxıblar. Daha sonra şübhəlilər armatur və iki tikinti çəkici gətirən dostlarını çağırıblar.

“Nəticədə sözlü münaqişə davaya çevrilib. Dörd şübhəli qurbanlara hücum edərək, onların bədəninin müxtəlif hissələrinə armatur və çəkiclərlə dəfələrlə zərbələr endiriblər. Şübhəlilərdən biri yanında olan bıçaqla xəsarət yetirib”, – İstintaq Komitəsi bildirib.

Nəticədə 30 yaşlı kişi aldığı bıçaq xəsarətləri nəticəsində yerindəcə keçinib, 27 yaşlı zərərçəkmiş və onun 25 yaşlı həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button